" Türkiyə hərbçilərinin İraqdakı fəaliyyəti İŞİD-in fəaliyyətinə bənzəyir"
-
\" Türkiyə hərbçilərinin İraqdakı fəaliyyəti İŞİD-in fəaliyyətinə bənzəyir\"
İraq xalq səfərbər qüvvələri komandanlarından biri Türkiyənin Mosul əməliyyatından pay almaq niyyəti barədə xəbərdarlıq edərək deyib: İraqın xalq səfərbər qüvvələri Türkiyənin bu ölkədəki fəaliyyətini təkfirçi sionist İŞİD terrorçularının fəaliyyəti kimi görür.
Kərim Ənnuri Əl-Məyadin telekanalına verdiyi müsahibədə Rəcəb Təyyib Ərdoğanın Mosulun azad edilməsi əməliyyatında Türkiyənin də iştirakına təkid etməsi barədə deyib: İraq öz torpağında İŞİD-lə döyüşür və bu qrupla mübarizə barədə qərar iraqlılara aiddir. Biz İraqa dəstək üzrə beynəlxalq səyləri alqışlayırıq amma, əməliyyatın başlanması zamanının Ərdoğan tərəfindən təyin edilməsi beynəlxalq normalara ziddir və belə olmamalıdır. Türkiyə qüvvələrinini İraq torpaqlarına girməsi beynəlxalq normalara ziddir, Mosul əməliyyatının başlanması tarixini müəyyənləşdirən şəxs İraq silahlı qüvvələrinin baş komandanı Heydər Əl-İbadi olmalıdır, Ərdoğan deyil. Ümid edirik Ərdoğan öz hesablamalarına yenidən baxacaq. Əgər onun PKK yaxud İŞİD barədə nigaranlıqları varsa sərhədlərdəki hərbçilərini gücləndirməlidir. İraqa aşkar müdaxilə qəbuledilməzdir. Türkiyənin Bəşişədə qüvvələrə təlim üzrə bəhanəsini qəbul etmirik. Ümid edirik ki, Mosul əməliyyatı beynəlxalq qarşıdurmalardan kənar olacaq. Ona görə ki, bu qarşıdurmalar Mosul savaşına mənfi təsir buraxa bilər.
Ənnuri deyib: Heç şübhəsiz ki, Mosulun azad edilməsi əməliyyatı yaxın günlərdə başlanacaq. Növbəti əməliyyat isə Kərkükün cənubu və Beycinin şimalında ərzilərin terrorçulardan təmizlənilməsi əməliyyatı olacaq. Mosul şəhərindəki İŞİD-çilərin çoxu yerli sakinlərdən ibarətdir və biz onlarlal mübarizədə problem yaşamayacağıq.