Mosulda İŞİD başçısı öldürüldü
-
Mosulda İŞİD başçısı öldürüldü
İraq ordusunun Mosul şəhərində keçirdiyi əməliyyatda İŞİD başçısı öldürülüb.
Livanın əl-Əhd xəbər portalının məlumatına görə, İraq ordusu çərşənbə axşamı günü Mosul şəhərində keçirdiyi əməliyyatda İŞİD başçılarından olan Əbu Süleyman ləqəbli İbrahim Məhəmməd Hil və bir qrup digər terrorçunu məhv edib.
Bu arada əl-Anbar əməliyyat komandanlığı bildirib: Ər-Rəmadinin şimalında əl-Tərabişə bölgəsinin azad olunması ilə İŞİD terrorçuları bu bölgədən qaçıblar.
Məlumata görə, Ər-Rəmadi, Hit, əl-Bağdadi və Hədisədə azad olunan bölgələrin mühafizəsi planı tam şəkildə hazırlanıb və bu iş yerli polis və köçəri səfərbər qüvvələrə tapşırılıb.
İraq ordusu və köçəri qüvvələri Ər-Rəmadidə İŞİD-in işğalı altında olan bölgələrin azadlığı üçün ardıcıl ikinci həftədir ki, əməliyyatları davam etdirirlər.