Okt 12, 2016 18:16 Asia/Baku
  • Rəcəb Tayyib Ərdoğan
    Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti ABŞ-ı terrorçu qruplara dəstək verməkdə ittiham edib.

Rəcəb Tayyib Ərdoğan deyib: Amerikanlar Fətullah Güləni Türkiyəyə təhvil verməzlərsə, biz başqa qərarlar verəcəyik.

Ərdoğan Amerikanın bəzi terrorçu qrupları, digər terrorçu qruplar qarşısında himayə etdiyini bildirib və deyib: Türkiyə öz sərhədlərini təmizləmək üçün Suriya və İraqdakı hərbi əməliyyatlarını davam etdirəcək.

Türkiyə prezidenti deyib: Beynəlxalq koalisiya İŞİD-i məhv etmək iqtidarında deyil və məhz buna görə kürd qüvvələrdən İŞİD ilə savaşmasını istəyir. 

Ərdoğan çıxışının başqa bir hissəsində deyib: İndiyədək Gülən qrupu ilə əlaqədə olduqlarına görə, 3  min 456 hakim və prokuror vəzifəsindən azad edilib. 

Teqlər