Misir hökuməti İmam Hüseyn(ə) məscidində Aşura mərasiminin keçirilməsinə icazə vermədi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i239606-misir_hökuməti_İmam_hüseyn(ə)_məscidində_aşura_mərasiminin_keçirilməsinə_icazə_vermədi
Misirin təhlükəsizlik qüvvələri bu il də bu ölkə şiələrinin İmam Hüseyn(ə) məscidində Aşura əzadarlığına icazə vermədi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 13, 2016 10:10 Asia/Baku
  • Misir hökuməti İmam Hüseyn(ə) məscidində Aşura mərasiminin keçirilməsinə icazə vermədi
    Misir hökuməti İmam Hüseyn(ə) məscidində Aşura mərasiminin keçirilməsinə icazə vermədi

Misirin təhlükəsizlik qüvvələri bu il də bu ölkə şiələrinin İmam Hüseyn(ə) məscidində Aşura əzadarlığına icazə vermədi.

Əl-Aləm kanalının verdiyi məlumata görə, Misirn təhlükəsizlik qüvvələri Aşura günü İmam Hüseyn(ə) məscidinin ətrafında təhlükəsizlik tədbirlərini gücləndirərək, namazdan sonra məscidin qapılarını bağlayıb və şiələrə Aşuraya özəl əzadarlıq mərasimində iştirak icazəsi verməyiblər. 

Paytaxt Qahirədə yerləşən Hüseyn(ə) məscidinin daxilində ziyarətgah və zərih  yer alır. İmam Hüseynin(ə) mübarək başı burda dəfn olunub. 

Ötən illər ərzində Misirdəki sələfi cərəyanı bu ölkə şiələrinin məhərrəm ayı və digər aylara özəl mərasimlərinin keçirilməsinə mane olmaq üçün ciddi səylər həyata keçiriblər.