Okt 15, 2016 12:54 Asia/Baku
  • əcəb Təyyib Ərdoğan
    əcəb Təyyib Ərdoğan

Türkiyə prezidenti ölkəsinin İraqdakı Bəşiqə bazasından çıxmaq niyyətində olmadığını və Mosulun işğaldan azad edilməsi əməliyyatında iştirakda israrlı olduğunu bildirib.

Əlcəzirə telekanalının verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Koniyada etdiyi çıxışı zamanı deyib: Sərhədlərimizdən kənarda hər hansı bir yerdə gözümüz yoxdur və Bəşiqə bazasına da öz istəyimiz ilə gəlməmişik. Biz İraq dövlətinin istəyi əsasında Bəşiqə bazasına getmişik və orda olan qardaşlarımız hələ də orda qalmağımızı istəyirlər. Bu gün bizə deyirlər ki, geri çəkilək. Amma, biz onlara deyirik ki, biz geri çəkilməyəcəyik və Mosulun azad edilməsi əməliyyatında iştiraka da təkid edirik. 

Ərdoğan əlavə edib: Biz terrorizm ilə mübarizə aparırıq və dünyaya terrorçulara ev sahibliyi barədə xəbərdarlıq edirik. Biz ölkəmizi bütün terrorçulardan təmizləyəcəyik. 

 

Rəcəb Təyyib Ərdoğan həmçinin deyib: Biz Türkiyənin təhlükəsizliyini və sabitliyini qorumaq üçün lazım olan hər bir işi görəcəyik. Biz sərhədlərimizdə terrorizm ilə mübarizə aparırıq. Terrorizm saatlı bomba kimidir. Və biz dünyaya terrorizmi himayə barədə xəbərdarlıq edirik. Əgər Türkiyədə dövlət çevrilişi baş tutsaydı, vətəndaş müharibəsi baş verərdi. Türkiyə də İraq və Suriya kimi viran olardı. Beynəlxalq Koalisiya kürd yaraqlıları ilə əlbir olaraq, terrorizmə qalib gələ bilməz. Türkiyə qarşıdan gələn günlər ərzində Mosul savaşında iştirakla bağlı planını Beynəlxalq Koalisyaya elan edəcək. 

 

Teqlər