Ərdoğan Türkiyənin Mosul əməliyyatında iştirak etməməsindən narazı qaldığını bildirib
Okt 17, 2016 17:06 Asia/Baku
-
Rəcəb Təyyib Ərdoğan
Ərdoğan Türkiyənin Mosul əməliyyatında iştirak etməməsindən narazı qaldığını bildirib
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan İstanbulda beynəlxalq hüquq mövzusunda keçirilən konfransda etdiyi çıxışında deyib: Mosulun azad edilməsi əməliyyatında iştirak etməyimizi istəməmələrindən təəccüblənirəm. Ona görə ki, bizim bu ərazilərlə uzun sərhədlərimiz var. Ərdoğan deyib: Hamı bilsin ki, biz Mosul əməliyyatında təsirli rol oynaya bilərik. Mosul əməliyyatında iştirak etməməyimiz imkansızdır. Ona görə ki, İraqla bu ərazidə uzun sərhədlərə malikik. Türkiyə prezidenti deyib: Türkiyənin Mosul əməliyyatında iştirak etməməsi mənfi nəticələrə gətirib çıxaracaq, bizim Mosul ilə ortaq mədəniyyətimiz var.