Yəmənin istefa vermiş prezidenti 72 saatlıq atəşkəslə razılaşıb
-
Yəmənin istefa vermiş prezidenti 72 saatlıq atəşkəslə razılaşıb
Yəmənin istefa vermiş dövlətinin xarici işlər naziri Əbdulmalik Əlməxlafi bildirib ki, bu ölkənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadi Yəməndə 72 saatlıq atəşkəslə razılaşıb.
Mehr xəbər agentliyinin Əlnəşrə xəbər portalına istinadlı məlumatına görə, Yəmənin istefa vermiş dövlətinin xarici işlər naziri Əbdulmalik Əlməxlafi dünən bildirib ki, Əbd Rəbbə Mənsur Hadi Yəməndə uzadılmaq qabiliyyətinə malik 72 saatlıq atəşkəslə razılaşıb, bu şərtlə ki, Ənsarullah qüvvələri və Yəmən xalk konqresi ona sadiq qalsınlar.
Həmçinin ölkəsi Yəmən bataqlığında batıb qalmış Ərəbistanın xarici işlər naziri Adil Əlcubəyr bildirib ki, Ərəbistan Yəməndə atəşkəs istəyir.
Qeyd edək ki, yəmənli qüvvələrin səud təcavüzkarlarına qarşı hücumları elə bir həddədir ki, ərəbistanlı rəsmilər səud rejiminin Amerika və İngiltərə daxil olmaqla qərbli himayədarları ilə yanaşı təcili atəşkəsin bərqərar edilməsini istəyiblər.
Yəmən Ənsarullahının sözçüsü Muhəmməd Əbdüssəlam da bu barədə demişdi ki, döyüşlərin dayandırılması Yəmən xalqının istəyidir və Yəmənə təcavüzün davam etdiyi bir halda müzakirələrin aparılması vaxtın hədər edilməsi deməkdir.