İŞİD Mosulda əhalidən insan sipəri kimi istifadə edir
Okt 19, 2016 17:51 Asia/Baku
İŞİD terrorçularının nəzarətində olan Mosul və ətraf ərazilərin sakinləri İŞİD-in yerli əhalidən insan sipəri kimi istifadə etməsini deyirlər.
PressTv-nin verdiyi məlumata görə, İraq ordusu və kürd peşmərgələrin Mosulun azad edilməsi üçün həyata keçirdikləri birgə əməliyyatlarla eyni zamanda Mosul və ətraf əraziləri tərk etməkdə olan yerli sakinlər bildiriblər ki, İŞİD yerli sakinlərdən insan sipəri kimi istifadə edir.