Okt 21, 2016 16:25 Asia/Baku
  • Bəşar Cəfəri
    Bəşar Cəfəri

Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşar Cəfəri Birləşmiş Millətlər Təşkilatının baş assambleyasında etdiyi çıxışında deyib: Hələbin şərqində mülkidən insani sipər kimi istifadə edən terrorçu qruplar mülki əhalinin şəhərdən çıxmasına mane olublar.

Cəfəri deyib: Suriya və Rusiya Hələbin şərqində gücdən istifadənin bir tərəfli qaydada dayandırılması barədə razılaşıblar. Bu qərar yaralıların, xəstə və yaşlıların Hələbin şərqindən çıxarılması kimi humanist məqsədlər üçün verilib. Bu sahədə BMT qrumlarından ibarət bir komanda, Beynəlxalq Qırmızı Xaç Komitəsi və Suriyanın Qızıl Aypara Cəmiyyətindən ibarət bir qrup Hələbə daxil olub. Bu təşəbbüs Hələbin şərq hissəsində əhalinin evakuasiyası məqsədi ilə həyata keçirilir.

Suriya dövləti mülkilərin ərazidən çıxarılması üçün altı, yaraqlıların çıxarılması üçün isə iki keçid məntəqəsi nəzərdə tutub.Suriya dövləti yaraqlıların qarşısına iki yol qoyaraq onlara təklif edib ki, ya silahlarını atıb amnistiyaya düşsünlər ya da Hələbi tərk etsinlər. Terrorçu qruplar Hələbin şərqindəki mülkilərdən insan sipəri kimi istifadə edirlər. Həmin terrorçu qrupların başında Cəbhətün-Nüsrə və Əhrarüş-Şam qrupları dayanır. Bu iki qrup ideoloji və əməli baxımdan Əl-Qaidənin tərkibindədir. Bu terrorçu qruplar snayperlər vasitəsi ilə və raket hücumları ilə mülki əhalinin və yaraqlıların əraziləri tərk etmələrinə mane olublar və həmin hücumlar bu anadək davam etməkdədir. 

Terrorçu qruplar bu gün Hələb sakinlərindən 14 nəfərini əhalini yaraqlıların nəzarətində olan əraziləri tərk etməyə çağırdıqlarına görə edam ediblər.

Teqlər