Mosulun cənubunda onlarla İŞİD terrorçusu öldürülüb
İraq ordusunun Mosulun cənubunda həyata keçirdiyi əməliyyatlar nəticəsində 200-dən çox İŞİD terrorçusu öldürülüb yaxud əsir götürülüb.
Suməriyyə Nyus-un verdiyi məlumata görə, Mosul əməliyyatının 5-ci günündə İraq ordusu Diclə çayının şərqində yerləşən Təllə-Təyyibə və Dəvizat kəndlərini İŞİD terrorçularının işğalından azad edib.
İraq ordusunun komandanlarından olan Şakir Cövdət deyib: İraq qüvvələri Mosulun cənubunda yerləşən Müftən və Təlli-Nasir kəndlərini də terrorçulardan azad ediblər.
Əl-Aləm telekanalı da İraqdan verdiyi bir məlumatda bildirib ki, İraq ordusu və xalq qüvvələri cümə günü Mosulu azad etmə əməliyyatı çərçivəsində təkfirçi ərazidən qaçmaq istəyən İŞİD terrorçularının yolunu bağlama üçün Mosulun cənubundakı Əl-Qiyarə və qərbində yerləşən Təlli-Əfər istiqamətlərində əlavə qüvvələr yerləşdirib.
Mosulun qərbində isə xalq qüvvələri İŞİD-in lojestik yollarını bağlayıblar və bu terrorçu qrupun başçıları və üzvlərinin Suriyaya qaçmasının qarşısını alıblar.