İraqdan Türkiyəyə cavab
https://azeri.sahartv.ir/news/qərbi_asia-i241769-İraqdan_türkiyəyə_cavab
İraq baş naziri bildirib: Ankaranın Mosul əməliyyatında iştirakı yanlış iddiadır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 24, 2016 17:29 Asia/Baku
  • İraqdan Türkiyəyə cavab
    İraqdan Türkiyəyə cavab

İraq baş naziri bildirib: Ankaranın Mosul əməliyyatında iştirakı yanlış iddiadır.

Əl-Məyadin telekanalının məlumatına görə, İraq baş naziri Heydər əl-İbadi bazar ertəsi günü İsveç baş naziri Stefan Lofonla Bağdadda keçirdiyi mətbuat konfransında Türkiyə rəsmilərinin Mosul əməliyyatında iştiraka dair açıqlamalarına reaksiyada Ankaranın Mosul əməliyyatında iştirak iddiasının doğru olmadığını bildirib.

İraq baş naziri xatırladıb: İraq hökuməti İraqın daxili məsələlərində istənilən müdaxilə və ya bu ölkənin hakimiyyətinə təcavüzü rədd edir.

İsveç baş naziri də deyib: İsveç hökuməti Mosul əməliyyatına dəstək üçün İraqda öz hərbi məsləhətçilərinin sayını ikiqat artıracaq.

Stefan Lofon bildirib: İsveç hökuməti Mosul əməliyyatında İraq qüvvələrinin irəliləməsini müsbət qarşılayır.

Digər tərəfdən İraqın Müştərək Əməliyyat Komandanlığının sözçüsü leytenant Yəhya Rəsul da deyib: Türkiyənin Neynəvanın azad olunması əməliyyatında iştirakı barədə yayımlanan xəbərlər həqiqəti əks etdirmir və bu qüvvələr bu əməliyyatda heç bir vəchlə iştirak etməyəcəklər.

Türkiyə baş naziri Binəli Yıldırım bazar günü iddia edib ki, Türkiyənin ağır artilleriyası Neynəva vilayətində Bəşiqə düşərgəsi yaxınlığında İŞİD-lə döyüşən peşmərgə qüvvələrinə kömək edir.