Mosulun cənubuda sevinc hissləri
Mosulun cənubunda Təyyibə kəndinin əhalisi bu kəndin azad edilməsindən sevinərək iraqlı qüvvələrə təşəkkürlərini bildiriblər.
Əl-Məyadin telekanalının verdiyi məlumata görə, Təyyibə kəndinin sakinləri kameralar qarşısında kəndlərinin terrorçu İŞİD qüvvələrinin işğalından azad edilməsinə görə öz sevinclərini nümayiş etdiriblər.
Hələdə bu kənd sakinlərinin simasında İŞİD terrorçularından qorxu hisslərini sezmək olar. İŞİD kənd sakinlərini Mosula köçürtməyə cəhd göstərsə də kənd sakinləri bunun qarşısında müqavimət göstərdilər. Onların bu qərarı canlarını ciddi təhlükəyə saldı ancaq sakinlər İŞİD-çilərin onlardan insan sipəri kimi istifadə niyyətlərini bilirdilər.
Bir kənd sadkini deyir: İŞİD terrorçuları biziə kəndimizi tərk etmək üçün təzyiq göstərdilər ancaq biz müqavimət göstərdik. İraq ordusu və hava qüvvələri çox əla əməliyyat həyata keçirdilər və artıq ağır duruma son qoydular.
Bir kənd qadını da İŞİD terrorçularının kənd sakinləri ilə rəftarlarına toxunaraq kəndin azad edilməsindən sevindiyini bildirib.