İraq qüvvələri irəliləməkdə
İraq qüvvələrinin Həmmamül-Əlilə məntəqəsinə doğru irəliləyişi davam edir, bu bölgə artıq mühasirəyə alınıb. İraqlı qüvvələrin Həmzə bölgəsinə yaxınlaşması ilə səhra ərazilərində iraqlıların raketlə hədəfə alınmaları eləcə də bombalı avtomobillərin göndərilməsi imkanı məhv edilmiş olur.
Həzrət Əli Əkbər(ə) qarnizonunun komandanı general Əli Əl-Həmdani deyib:" İndiyədək irəliləyiş bütün istiqamətlərdə planlama əsasında çox əla şəkildə təmin olunmuşdur ancaq Mosulun müdafiə əraziləri hesab olunan bölgələrdə İŞİD-in daha kəskin müqavimət göstərəcəyi gözlənilir. Buna rəğmən iraqlı qüvvələrin iradəsi sarsılmazdır, biz onları yaxşı tanımışıq, onlar Fəllucədə də müəyyən xəbərdarlıqlar etmişdilər ancaq müxtəlif hərbi bölmələr və xalq səfərbər qüvvələri heç də geri oturmadılar. Qüvvələrimiz üçün İŞİD-in hansı ərazidə yerləşməsinin fərqi yoxdur. Bu qrupun döyüşdə sinə gərəcək qüvvəsi yoxdur, onların əsas silahı , iraqlıların irəliləyişini əngəlləmək üçün içərisinə bomba quraşdırılmış avtomobillərdən ibarətdir. Lakin bizim son qələbələrimiz İŞİD-in bu vasitədən istifadə imkanlarını da son dərəcə məhdudlaşdırıb. Yaxın günlərdə İraq ordusu və xalq qüvvələriniin önəmli qələbələri barədə xalqa məlumat verəcəyik."