Okt 27, 2016 16:24 Asia/Baku
  • Mosul uşaqları İŞİD-lə dəhşətli günləri keçirirlər
    Mosul uşaqları İŞİD-lə dəhşətli günləri keçirirlər

İraqın Müdafiə Nazirliyi bir video kadr yayımlayıb. Videoda iraqlı uşaqların İŞİD-in dəhşətli sayəsində əzab-əziyyətinin bir hissəsi əks olunur.

Bu uşaqlardan biri deyir: İki il İŞİD-in zülmü ilə üzləşdik və onlar bizim heç birimizə rəhm etmədilər.

Başqa bir uşaq deyir: Bizdən saçlarımızı uzatmağımızı və saqqal qoymağımızı istədilər. Bizim bütün dərslərimizin məzmunlarını dəyişdirdilər, hətta ata və analarımızla rəftarı, hər şeyi....

Uşaqlardan biri deyib: Bizə boyun vurmağı öyrətdilər. Pulemyotdan istifadəni öyrətdilər və biz hər şeyi tərk etdik. Deyirdilər ki, bizə biət etməlisiniz, məktəbi buraxdıq.

Bu uşaqlar İraq ordusunun gəlişindən sonrakı hissləri barəsində suala cavabda deyiblər: Çox sevindik və şənlənməyə başladıq... Onları sevirik... İŞİD-dən xilas olduq.

Teqlər