Noy 03, 2016 16:24 Asia/Baku
  • İqor Konaşenkov
    İqor Konaşenkov

Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, Rusiyanın hərbi kontingenti terrorçuların kimyəvi hücumuna məruz qalan Suriya bölgələrində yoxlamalar aparmaq üçün Hələb şəhərinə daxil olub.

Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Rusiyanın Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib:Son günlər ərzidnə hər nəyin bahasına olursa olsun, Suriya ordusunun müdafiə halqasından keçməyə cəhd göstərən terrorçular öz hücumlarında dəfələrlə kimyəvi silahlardan istifadə ediblər. 

İqor Konaşenkov deyib: Rusiyanın Müdafiə Nazirliyinin ekspertləri ərazidə yoxlama aparmaq üçün lazımı texniki imkanlarla təchiz ediliblər.

İqor Konaşenkov deyib: Analiz üçün götürüləcək nümunələr Rusiyanın kimyəvi və bioloji hücumdan müdafiə qüvvələrinin elmi mərkəzinin laboratoriyasında araşdırılacaq və bu mərkəz kimyəvi silahlardan istifadəni qadağan edən təşkilat tərəfindən təsdiqlənir. 

Rusiya MN-in sözçüsü deyib: Dünyada bu kimi laboratoriyalardan sadəcə 19 ədəd mövcuddur və onlardan ikisi Rusiyada fəaliyyət göstərir. 

Terrorçular oktyabrın 30-da Hələbin qərbində yerləşən Həmdaniyyə və Deyiyyatül-Əsəd bölgələrini kimyəvi silahlarla hədəfə alıblar. Bu hücumlarda ən azı 35 nəfər zəhərlənərək xəstəxanada yerləşdirilib. 

Teqlər