Noy 03, 2016 18:22 Asia/Baku
  • Türkiyədə Jandarma qüvvələrindən 1218 nəfəri işdən qovulub
    Türkiyədə Jandarma qüvvələrindən 1218 nəfəri işdən qovulub

Türkiyənin Daxili İşlər Nazirliyi bir bəyanat yayaraq, ölkənin jandarma qüvvələrindən 1218 nəfərinin işdən qovulduğunu bildirib.

İSNA-nın verdiyi məlumata görə, Türkiyənin DİN-i bu şəxslərin fəaliyyətdən uzaqlaşdırılmalarının səbəbini onların Fətullah Gülənin başçılıq etdiyi Hizmət hərəkatı ilə əlaqədə olduqları bildirilib.

Türkiyə DİN-in bəyanatında deyilir ki, işdən qovulanlardan 419-u jandarma zabitləri, 604 nəfəri isə sıravi üzvlərdən ibarət olub. 

Türkiyə hökuməti Fətullah Güləni dövlət orqanlarında nüfuzda, paralel hökumət yaratmaqda və 15 iyul uğursuz dövlət çevrilişi əməliyyatını planlaşdırmaqda ittiham edir. 

Türkiyə hökuməti dövlət çevrilişinə cəhddən sonra dövlət orqanları, ordu, məhkəmə aparatı, təhsil və iqtisadiyyat sektorlarını Gülən tərəfdarlarından təmizləmə əməliyyatına başladı.

Fətullah Gülən Türkiyə dövlətinin ittihamlarını rədd edərək bu ittihamların araşdırılması üçün beynəlxalq bir komitənin təşkil edilməsini istəyib. 

Teqlər