Hələbdə döyüşlər davam edir
-
Hələbdə döyüşlər
Suriya ordusu Hələbin yeni hissəsinə daxil olub. Hələbin mühasirəsinin yarılması üzrə terrorçuların cəhdi nəticəsiz qalıb. Amma Suriya ordusu bildirib ki, sabah saat 9-dan 10 saatlıq müddətinə terrorçulara möhlət verir ki, silahlarını yerə qoysunlar və Hələbdən çıxsınlar. Kütləvi İnformasiya Vasitələri də Rusiyanın üç sualtı gəmisinin Suriya sahillərinə doğru hərəkət etdiyini bildiriblər.
Bu günlər Hələb şəhəri ağır döyüşlərin şahididir. Və yeni Hələbdə evbəev savaşı baş verir.
Suriyalı hərbçi deyib: Biz yeni Hələb məntəqəsindəyik və bizim silahlılarla məsafəmiz 300 metr olar. Qarşı tərəfin adı Binyamindir. Silahlılar bütün dünyadan gəliblər. Ən-Nüsrə Cəbhəsi və İŞİD kimi qruplar Türkiyə və Səudiyyə Ərəbistanının dəstəyinə malikdir.
Hərbi düzülüş və tanklardan bəlli olduğu qədəri ilə, bu bölgədə Ən-Nüsrə Cəbhəsi təkfirçi terrorçularına başqa bir hücum qarşıdadır.
Başqa bir suriyalı hərbçi deyib: Terrorçulardan istəyirəm ki, silahlarını yerə qoysunlar və özlərini Suriya ordusuna təslim etsinlər.
Suriyalı hərbçinin sözünə görə, biz Allahın izni ilə qalibik. Və terrorçuları mühasirə olunmuş bölgədən çıxmağa qoymuruq. Və heç vaxt itlərini xilas edə bilməyəcəklər.
Amerika və ərəb və qərbin məkrli planı və dəstəyi altında olan Ən-Nüsrə Cəbhəsi təkfirçi terrorçuların iştirakının nəticəsi Hələbin viranəliyidir.
Suriya ordusu qüvvələri və vətəndaşlarının simasında müşahidə olunan yekun qələbəyə qədər müqavimət, müqavimət və müqavimətdir.