İzmir bələdiyyəsinin 20 işçisi həbs edilib
Türkiyə mediyaları İzmir bələdiyyəsinin işçilərindən 20 nəfərin FETÖ ilə əlaqədə olmaq ittihamı ilə həbs edilməsindən xəbər veriblər.
TRT-nin verdiyi məlumata görə, İzmir vilayətinin polisi vilayət prokurorluğunun əmri ilə sözü gedən şəxsləri həbs edib.
Saxlanılanlar istintaq üçün İzmir polis idarəsinə aparılıb.
Başqa bir məlumata görə, Türkiyənin İğdır şəhərinin universitetinin rektoru məhkəmə hökmü ilə həbsxanaya göndərilib.
İğdır universitetinin elmi heyətinin üzvləri olan Pr. İbrahim Haqqı Yılmaz və Əhməd Qızıl Qurd son günlər İğdır prokurorluğunun FETÖ-çülər barədə təhqiqatları çərçivəsində saxlanılmışdılar.
Türkiyədə 15 iyul uğursuz dövlət çevrilişindən bəri , məhkəmə və təhlükəsizlik işçiləri eləcə də müəllimlərdən ibarət 100 mindən çox dövlət işçisi işdən qovulub 37 min nəfər də həbs edilib.
Türkiyə hökuməti Fətullah Güləni və onun tərəfdarlarını dövlət orqanlarına nüfuz etmək, paralel dövlət yaratmaq və 15 iyul uğursuz dövlət çevrilişini planlaşdırmaqda ittiham edir.
Fətullah Gülən Türkiyə dövlətinin bu ittihamlarını qəbul etmir və ona qarşı səsləndirilən ittihamların araşdırılması üçün beynəlxalq bir komitənin yaradılmasını istəyir.