9 junralist üçün ömürlük həbs
Türkiyənin baş prokuroru 9 jurnalist üçün ömürlük həbs cəzası istədi.
Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyənin baş prokuroru cümə axşamı terrorçu PKK qruplaşmasına üzv olmaq və bu qruplaşma ilə əməkdaşlıq etməkdə ittiham edilən 9 jurnalist üçün ömürlük həbs cəzası istədi.
Türkiyənin təhlükəsizlik qüvvələri Avqust ayında "Özgür Gündəm" qəzetinin ofisində axtarış əməliyyatı apararaq, daha sonra terrorçu PKK qruplaşması ilə əlaqələrə malik olmasına görə, bu qəzetin fəaliyyətini dayandırdı.
"Özgür Gündəm" qəzetinin şef redaktoru Zana Kaya(Bilir) və qəzetin yazarı Raqıp Zarakolu habelə, qəzetin bir sıra digər əməkdaşı müttəhimlər arasındadır.
Türkiyə dövləti 15 iyul, uğursuz dövlət çevrilişi cəhdinin ardınca ölkədə fövqəladə vəziyyət elan edərək, minlərlə dövlət qulluqçusunu, o cümlədən ədliyyə sistemi, məhkəmə sistemi və polis əməkdaşları, ordu qulluqçuları və universitet müəllimlərini tutduqları vəzifədən kənarlaşdırdı. Habelə, terrorçu PKK qruplaşmasına dəstək vermək ittihamı ilə bir sıra jurnalist və müxalifət nümayəndəsi də həbs edilib.