İŞİD-in qaçmasından sonra Mosulun cənubunda ilk məktəb fəaliyyətə başlayıb.
Mosul şəhərinini bəzi cənub hissələrinin təkfirçi İŞİD terrorçularının işğalından azad edilməsindən sonra bu ərazidə ilk məktəb fəaliyyətə başlayıb.
APTN-in verdiyi məlumata görə, Mosul şəhərinin ətrafındakı kəndlərin təkfirçi terrorçu İŞİD qrupunun işğalından azad edilməsindən sonra kəndlərdən birində uşaqlar iki ildən sonra nəhayət məktəbə qayıdıblar. Mosul şəhərinin 50 km cənubunda yerləşən Osəccə kəndində müəllimlər və məktəblilər bir daha məktəbə qayıtdıqlarına görə şadyanalıq ediblər. İraq rəsmilərinin dediklərinə görə, 3 min əhalisi olan bu bölgədə 700-dən çox uşaq məktəbə ad yazdırıb.
Osəccə məktəbinin direktor müavini Nimr Məhəmməd deyib: "Məktəblərini yenidən açılması məktəblilərin siniflərə qayıtmasına səbəb olub, biz İŞİD düşüncəsini uşaqların beynindən silməyə çalışırıq. Biz itirdiyimiz iki ili düzəltmək istəyirik." Bir çox valideynlər təhlükəsizlik mülahizələri eləcə də İŞİD-çilər tərəfindən dikte edilən ideologiyadan uzaq qalmaq üçün uşaqlarını məktəblərə göndərmirdilər.
Məktəbin 10 yaşlı şagirdi Sacir Səddam deyib: " İŞİD bizə yaxşı kitablar gətirmədi, biz onların kitablarında nə deyildiyini başa düşmürdük ona görə də mən təhsili tərk etdim. İŞİD-çilər məktəbimiz üzərinə pis bayraq sancmışdılar, qorxurduq ki, təyyarələr bizi hədəfə alsınlar.
Osəccə iri şəhər sayılan Qəyarə şəhərinin 3 kilometrliyində yerləşir. Həmin şəhərdə İraqın bir hava bazası və iri bir neft yataqı var, bu yataq iyun ayından yanmaqdadır. Üç gün bundan qabağadək yataqın yanması nəticəsində ucalan tüstü bu kəndin üzərini burumuşdu.
Sacir deyir: İndi mən bütün dostlarımla görüşə bilirəm, hal bu ki, mən çölə çıxa və dostlarımı görə bilmirdim. Biz quraşdırılmış bombalardan qorxurduq, İŞİD-çilər bombaları və partlayıcı maddələri yerdə gizlədirdilər.
Sacir deyir: Bəlkədə biz bu tüstüdən boğulub öləcəyik.
O sonda deyir: Biz məktəbin açılmasına görə sevinirik, atam məndən soruşdu ki niyə bu gün belə sevinirsən? dedim ki, axı məktəbimiz açılıb.