Noy 21, 2016 14:03 Asia/Baku
  • Hələbin şərqində yaraqlılar çətin duruma düşüblər
    Hələbin şərqində yaraqlılar çətin duruma düşüblər

Suriya qüvvələrinin Hələbdə yaraqlıların nəzarətində olan bölgələrə irəliləyişi və yerli əhalinin ruhlanması yaraqlılara təzyiqlərin artmasına səbəb olub.

Əl-Məyadin telekanalının verdiyi məlumata görə, Hələbin şimal şərqində yerləşən Bəidin meydanı Suriya ordusu və müttəfiqlərinin hədəfinə çevrilib. Bu məntəqənin yaxın əraziləri fələstinli Qüds qoşunlarının əməkdaşlığı ilə Suriya ordusu bölmələrinin nəzarətinə keçib. Bu irəliləyiş Hələbdəki yaraqlılara təzyiqlərin artmasına səbəb olub. 

Hərbi ekspert Kamal Əccəfa deyir: Suriya ordusu qüvvələri Hələbin şərq məhəllələrində əməliyyatlar həyata keçirməkdədir, onlar yaraqlıların nəzarətində olan əraziləri digər məhəllələrdən ayırmaqdadırlar. 

Suriya ordusu qüvvələrinin Bəidin meydanında yerləşməsi Cəbhətün-Nüsrə və Nurəddin Əzzənki qüvvələrinin ən əsas bazalarına nəzarətin reallaşşmasına səbəb olub. Həmçinin yaraqlıların mövqelərinin Suriya ordusunun artileriyası vasitəsi ilə hədəfə alınmasına imkan yaradıb. 

Suriya ordusu komandanlarından biri deyir: İndi məqsədimiz Hələbin məhəllələrini yaraqlıların nəzarətində olan şərq hissəsindən ayırmaqdır. Biz mülki əhalidən yaraqlıların nəzarətində olan ərazilərdən uzaqlaşmalarını istəyirik, bilirik ki, yaraqlılar mülkidən canlı qalxan kimi istifadə edirlər. 

Hələbin şərq hissəsində sakinlərin keçid məntəqələrinin yaradılmasına dair tələblərinin artması ilə yaraqlılar bölgədə tam məğlub olacaqlarından nigarandırlar. Əhalinin bu kimi tələblərinin əhəmiyyəti heç də Suriya qüvvələrinin irəliləyişinin əhəmiyyətindən az deyil, xüsusilə ona görə ki, mülkilər bu əraziləri tərk etmək üçün yaraqlılarla toqquşmağa başlayıblar. 

Teqlər