Terrorçuların Suriyaya daxil olmaları bu ölkə böhranının köküdür
-
Terrorçuların Suriyaya daxil olmaları bu ölkə böhranının köküdür
Suriyanın BMT-dəki daimi nümyəndəsi bu ölkə böhranının kökünü yeni meydana gəlmiş terror qrupları və on minlərlə terrorçunun Suriyaya daxil olması adlandırıb.
IRIB-nin məlumatına görə, Suriyanın BMT-dəki daimi nümyəndəsi Bəşşar Əlcəfəri BMT Təhlükəsizlik Şurasının yığıncağında İŞİD və Cibhətunnusrə terror qruplarının cinayətlərinin Ərəbistandakı təkfirçi prinsiplərdən qaynaqlandığını bəyan edərək, vurğulayıb ki, bu prinsiplərin himayəçiləri terrorizmi Suriyaya ixrac edərək, terror ünsürlərini də bütün dünya ölkələrindən bu ölkəyə göndəriblər.
Əlcəfəri regionda və regiondan kənarda olan bəzi tərəflərin Suriya qarşısındakı ikili mövqelərindən təəssüflənərək, bildirib ki, Suriyadakı terrorizm məhz İraq, Yəmən, Liviya və dünyanın hər bir nöqtəsində mövcud olan terrorizmdir.
Suriyanın BMT-dəki daimi nümyəndəsi yüzlərlə suriyalı mülkinin qırğınına gətirib çıxarmış amerikan, ingilis və fransız qırıcılar tərəfindən Suriyanın infrastrukturlarının hədəfə alınmasından təəssüflənərək, deyib: Suriya ordusunun mövqelərinin Qərb tərəfindən qəsdən hədəfə alınması onların nəhs terrorizm fenomenini aşkar şəkildə himayə etdiklərini sübut edir.