Noy 24, 2016 12:36 Asia/Baku
  • Mosul sakinlərinin əksəriyyəti Kökcəliyə sığınıb
    Mosul sakinlərinin əksəriyyəti Kökcəliyə sığınıb

İraq ordusunun Mosul şəhərinin azad olunması üzrə əməliyyatını gücləndirməsi ilə yanaşı, müharibədən qaçan bu şəhər sakinləri Mosuldan çıxdıqdan sonra Mosulun şərqində yerləşən Kökcəli şəhərinə çatmağa can atırlar.

APTN-in məlumatına görə, hal-hazırda Mosulu İŞİD terrorçularının caynağından xilas etmək üzrə döyüşlərin əksəriyyəti bu şəhərin şərq bölgələri və Fərat çayının şərq hissəsində gedir. İraqın bu bölgədəki xüsusi qüvvələri İŞİD ünsürlərinin güclü reaksiyası ilə üzləşiblər və şəhərin mərkəzinə doğru yavaş-yavaş irəliləməkdədirlər. Hal-hazırda bir milyondan çox iraqlının Mosul şəhərində olduğunu nəzərə alaraq, İraq qüvvələri və ABŞ-ın başçılıq etdiyi İŞİD əleyhinə koalisiya qüvvələri bu şəhədə İŞİD-ə qarşı öz hərbi gücündən tam şəkildə istifadə etmirlər. Bu məsələ Mosulun azad olunması əməliyyatının ləngiməsinə səbəb olub.

Çərşənbə axşamı günü BMT sözçüsü bildirib ki, Mosulun azad olunması əməliyyatı başlandığı vaxtdan təxminən altmış səkkiz min İraq vətəndaşı didərgin düşmüş və ev-eşiksiz qalmışdır.

Başqa bir məlumata görə, İraqın hərbi karvanları çərşənbə günü Mosul şəhərinin şərq bölgələrinə daxil olublar.

Teqlər