Kərim Ən-Nuri: Mosuldakı terrorçuların ətrafla əlaqəsi tamamilə kəsilib
İraq xalq səfərbər qüvvələrinin sözçüsü deyib: Mosuldakı terrorçuların qonşu vilayətlər, eləcə də Tələfər şəhəri ilə əlaqəsi kəsilib və Tələfər şəhərində yerləşən terrorçular da tam mühasirəyə alınıblar. İraq qüvvələri Mosulun azad olunması əməliyyatının 4-cü mərhələsini icra etməyə hazırlaşırlar.
Əl-Minar televiziyasının məlumatına görə, Kərim Ən-Nuri Mosulun qərbinin azad olunması əməliyyatının 4-cü mərhələsinin sonu və Mosuldan Suriyanın Riqqə şəhərinə bitişən magistral yolda əldə olunan nailiyyətlərin əhəmiyyəti barədə deyib: Mosulun azad olunması əməliyyatının 3-cü mərhələsi yəni "Ey Neynəva! Gəlirik!" mərhələsinin sona çatması ilə aeroportun azad olunması və aeroport ətrafında çoxlu sayda kanalların müəyyənləşməsindən sonra bütün hazırlıq işləri görülüb. Hazırda deyə bilərik ki, "Ey Neynəva! Gəlirik! əməliyyatının 4-cü mərhələsi gerçəkləşməkdədir, Mosulun Tələfər və digər vilayətlərlə əlaqəsi kəsilib və Mosul və Riqqə arasında magistral yol nəzarətimizdədir. Digər tərəfdən Mosulun digər vilayətlərlə əlaqə yolunu kəsmiş və Tələfərdə terrorçuları çıxılmaz vəziyyətə salmışıq və bu şəhərə hücum etməyə hazırıq. İŞİD-çilər regional, ərəb və beynəlxalq təzyiqlərin xalq könüllü qüvvələrin Mosulun qərbində əməliyyatda iştirak etməyəcəklərinə səbəb olacağını gözləyirdilər. Reallıq budur ki, İŞİD və bəzi ərəb ölkələri dərin şoka düşüblər və bu ölkələrdən bəzisi xalq səfərbər qüvvlərin iştirakına görə, böhranla üzləşib.