Noy 24, 2016 16:50 Asia/Baku
  • Hələbin şərqində terrorçuların mühasirəsi daralıb
    Hələbin şərqində terrorçuların mühasirəsi daralıb

Suriya ordusu qüvvələri Hələb şəhərinin azad olunması əməliyyatının davamında bu şəhərin şərq bölgələrində terrorçuların mühasirəsini daha da kiçildiblər.

Əl-Aləm televiziyasının məlumatına görə, Suriya ordusu və onun müttəfiqləri cümə axşamı günü Hələbin şərqində Bəidin meydanına yaxınlaşıblar.

Suriya ordusu və müttəfiq qüvvələr həmçinin Hələbin İnzarat və Hənanu bölgələrinə doğru irəliləyib və bu bölgələrdə terrorçuların dəstək xətlərini kəsiblər.

Suriya ordusu qüvvələri Hələbin şərq bölgələrini tam nəzarətə götürməkdədirlər.

Məlumata görə, indiyə qədər təxminən 200 suriyalı sivil Hələbin şərq məhəllələrini tərk edib.

Terrorçular Suriya ordusu qüvvələrinin irəliləməsi qarşısında sivillərdən insan sipəri olaraq istifadə edirlər.

Hələb vilayətinin valisi Hüseyn Diyab da Hələbin şərqindəki silahlıları Suriya prezidenti Bəşşar Əsəd tərəfindən elan olunan ictimai əfv fərmanı fürsətindən istifadə etməyə və ordu qüvvələrinə təslim olmağa çağırıb.

Bu arada Suriya ordusu qüvvələri Həma vilayətinin şimalında əl-Zəhrə əl-Aliyə bölgəsinə hücum edərək çoxlu sayda terrorçunu öldürüb və onlarla terrorçunu da yaralayıb.

Suriyanın hərbi rəsmiləri də ölkənin cənubunda Qünəytrənin şimalında Təl əl-Nəqar yüksəkliklərinin geri alındığını bildiriblər.

Digər tərəfdən terrorçular Qünəytrənin ətrafındakı qəsəbələri minaatanlarla atəşə tutublar. Nəticədə bir sivil həlak olub, azı 9 nəfər də yaralanıb.

Teqlər