Noy 26, 2016 11:40 Asia/Baku
  • Hələbin digər məntəqələri azad edilib
    Hələbin digər məntəqələri azad edilib

Suriyanın ordu qüvvələri Hələb vilayətində terrorçulara qarşı əməliyyatının davamında bu vilayətin digər məntəqələrini terrorçuların işğalından çıxarıblar.

Əlaləm telekanalının məlumatına görə, Suriyanın ordu qüvvələri  dünən Əlbab şəhərinin azad edilməsi üzrə yeni əməliyyata başlayaraq, Hələb vilayətinin şimal-şərqində yerləşən 20-dən çox kəndi terrorçuların işğalından çıxarıblar.

Suriyanın ordu qüvvələri hazırda Hələb vilayətinin şimal-şərqinin içərilərində 120 kvadrat-kilometrdən çox bir ərazini arxada qoyublar və bu qüvvələrin sonrakı məqsədi, İŞİD qüvvələrinin yerləşdikləri "Ummuləməd" kəndinin azad edilməsidir.

Belə bir halda, Suriyanın ordu qüvvələri Dəməşq ətrafında yerləşən Duma məntəqəsində Cibhətunnusrə qrupunun başçılarından bir qrupunu hədəfə alıblar ki, nəticədə onların bir hissəsi ölüb və ya yaralanıbdır.

Terrorçular da Hələbin şimal ətrafındakı Əlzəhra şəhərini mərmi atəşlərinə tutublar. Nəticədə altı suriyalı mülki yaralanıb. Bu yaralılardan ikisinin vəziyyəti ağırdır.

Teqlər