Noy 27, 2016 13:57 Asia/Baku
  • Hayfada yanğın fələstinlilərin evlərinin dağıdılmasına bəhanə olub
    Hayfada yanğın fələstinlilərin evlərinin dağıdılmasına bəhanə olub

Sionist rejimin daxili təhlükəsizlik naziri Hayfa və Beytül-Müqəddəsin ətrafında baş verən yanğınlarda ittihamlandırılan şəxslərin evlərini dağıdacağı ilə hədələyib.

Sionist rejimin daxili təhlükəsizlik naziri Gilad Ərdan dünən bu rejimin telekanalına verdiyi müsahibədə Fələstinliləri baş verən yanğınlarda ittiham edərək deyib: Hayfa yanğınında əli olmaqda ittihamlandırılan fələstinlilərin evləri dağıdılacaq.

Sionist rejim polisi də Hayfa yanğınında əli olmaqda ittiham edilən 23 fələstinlinin həbs edilməsindən xəbər verib. 

Sionist rejim işğal olunmuş Fələstində baş verən yanğınlarda fələstinliləri elə bir şəraitdə ittiham edir ki, fələstinlilər işğalçı rejimə qarşı mübarizəsində heç vaxt bu kimi metodlara əl atmamışdır və onların mübarizə metodu intifazə çərçivəsində və əməliyyat səhnəsində həyata keçirilir. 

Teqlər