1000 İŞİD-çi Mosul əməliyyatında məhv edilib
İraq ordusunun komandanlarından biri Mosulun azad edilməsi əməliyyatına start verildiyi gündən min terrorçunun öldürüldüyünü deyib.
İRİB-nin verdiyi məlumata görə, İraq hərbi komandanlarından olan Əbdül-Qəni Əl-Əsədi deyib: İraqın xüsusi qüvvələri öz hərbi taktikalarına yenidən baxaraq İŞİD-in yarım xətlərini kəsmək və mülki əhalini himayə etmək üçün çalışırlar. Əl-Əsədi iraqlı qüvvələrin əməliyyatın ilk günlərində əhalidən boşalmış ərazilərdə sürətlə irəlilədiyinə toxunaraq deyib: İraqlı qüvvələr irəliləyişlərində terrorçu İŞİD qrupunun ünsürləri və bombalı avtomobillərinə rastlaşırlar.
İraq ordusunun hərbi mətbuat xidməti bildirib ki, İraq ordusunun F16 hərbi təyyarələri Mosulun şərqində Əl-Feysəliyyə bölgəsində terrorçulara məxsus bomba anbarı və avtomobillərə bombaların quraşdırıldığı mərkəzi bombardıman ediblər.
İraqın Müdafiə Nazirliyi də bildirib ki, bu ölkənin hərbi təyyarələrinin hücumları nəticəsində bir neçə terrorçu və bombalı avtomobil məhv edilib.