Türkiyədə məktəbli yataqxanasında yanğın; 6 nəfər həbs edildi
Dek 01, 2016 12:10 Asia/Baku
Türkiyənin cənubunda, Adana şəhərində məktəblilərin yataqxanasında çıyxan yanğında 12 nəfər həyatını itirdi. Bunun ardınca 6 nəfər hadisənin baş verməsində səhlənkarlığa yol verməkdə təqsirləndirilərək, həbs edilib.
Doğan xəbər agentliyinin verdiyi məlumata görə, Adanada yerləşən Aladağ məntəqəsindəki yataqxananın müdiri "ölümə səbəb olan səhlənkarlıq" işində şübhəli qismində saxlanılan şəxslərdən biridir.
Rəsmi məlumatlara görə, üst təbəqədə yanğına məruz qalanlar ehtiyat qapısının bağlı olmasına görə binanı tərk edə bilməyiblər.
Hadisə nəticəsində 11 məktəbli qız və bir müəllim həyatını itirib.