Dek 01, 2016 17:55 Asia/Baku
  • İŞİD terrorçuları Mosulda dəhşətli cinayət törədiblər
    İŞİD terrorçuları Mosulda dəhşətli cinayət törədiblər

İŞİD terrorçuları Mosul şəhərində 15 uşağı qırğın edilbər

İRİB-nin verdiyi məlumata görə, Mosulda bir təhlükəsizlik mənbəi bildirib ki, İŞİD terrorçuları İraqın şərqində mülkilərə qarşı cinayətlərinin davamında İraqın təhlükəsizlik qüvvələrinə sığınmaq niyyətində olan 15 nəfərlik qrupu qətlə yetirib. Qətlə yetirilən qrupun bütün üzvlərini uşaqlar təşkil edib.

İŞİD terrorçu qrupu öncə də bu qrupa qoşulmaq istəməyən 200 uşaqın kütləvi qırğın edilməsini əks etdirən videolar yaymışdı. 

Terrorçular işğal etdikləri ərazilərdən mülkinin və hətta uşaqların çıxmasının qarşısını almaq üçün ən qorxunc qətl metodlarından istifadə edərək onları qorxudurlar. 

İŞİD terrorçuları Mosul şəhərində təhlükəsizlik qüvvələri ilə qarşılaşmaqdan aciz qalaraq mülkidən xüsusiylə də uşaqlardan canlı qalxan kimi istifadə edirlər. 

Eyni zamanda İraq ordusu Əməliyyat qərargahının sözçüsü Səd Məən deyib: Sədr şəhərciyi və Bağdadın mərkəzində İki ədəd avtomobilin təkərlərinə yerləşdirilmiş bomba partladılaraq bir neçə mülki həlak olub. 

İraqın Müdafiə Nazirliyi də dünən bildirmişdi ki, paytaxt Bağdadda təxribatçı əməliyyat apramaq istəyən İŞİD-dən olan bir qrupu məhv edib. 

Teqlər