Bəhreyndə etiraz aksiyalarına çağırış
-
Bəhreyndə etiraz aksiyalarına çağırış
Bəhreyndə müxalifət qrupları xalqı bəhreynli ruhanilərə dəstək aksiyasına çağırıblar.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, Ali-Xəlifə rejiminin müxalifləri xalqdan , bu gün bəhreynli tanınmış ruhani şeyx İsa Qasim və Bəhreyn Milli Birlik Cəmiyyətinin həbsdə olan baş katibi şeyx Əli Salmanın məhkəmə iclası başlanmazdan öncə Əbu Seybə və Kərzəkan bölgələrində etiraz aksiyası keçirməyə çağırıblar.
Bəhreyn xalqı dünən Manamanın qərbində Əddərza bölgəsində Ali-Xəlifə rejiminin tayfaçılıq siyasətlərinə qarşı geniş etiraz aksiyası keçirdi.
Nümayişçilər Ali-Xəlifə rejiminin siyasətlərinə qarşı şuarlar səsləndirərək, bəhreynli məşhur simaların məhkəməsinin dayandırılmasını istəyiblər.
Eyni zamanda şeyx Qasimin vətəndaşlığının ləğv edildiyi gündən başlanılan bu məşhur ruhaninin mənzili önundəki xalq aksiyaları təhlükəsizlik və polis qüvvələrinin tədbirlərinə rəğmən davam etməkdədir.
Bəhreyn rejimi 2015-cı il iyun ayında şeyx Qasimin vətəndaşlığını ləğv etdi.
Bəhreyn Milli Birlik Cəmiyyətinin baş katibi şeyx Əli Salman da məhkəməyə çağırıldı, onun məhkəməsinin davamı bu günə saxlanılıb.
Beynəlxalq Amnistiya Təşkilatı şeyx Əli Salmanın dərhal azadlığa buraxılmasını istəyir.