Mosulun şərq məntəqələrindən 50%-dən çoxu azad edilib
İraqlı qüvvələr bildiriblər ki, Mosul şəhərinin Ələlam məhəlləsinin azad edilməsindən sonra bu şəhərin şərq məntəqələrindən 50%-dən çoxu azad edilib.
Russia Əlyəum telekanalının məlumatına görə, iraqlı qüvvələr oktyabrda Mosulun azad edilməsi əməliyyatının başlanmasından bəri bu şəhərin şərq hissəsinin 56 məhəlləsindən 32-ni İŞİD-in işğalından çıxarıblar.
Digər tərəfdən, İraqın xalq səfərbər qüvvələri Mosulun cənub-qərbindəki Təl-Əbtə kvartalının mühasirəsini təkmlləşdirib və onu ətrafdakı məntəqələrdən ayırıblar.
Belə bir halda, Əlməyadin telekanalı bildirib ki, İraqın ordu qüvvələri və İŞİD ünsürləri bu gün Mosulun şərqindəki Əlmərur məntəqəsində toqquşublar.
Digər bir xəbərə görə, Mosulda çoxlu sayda iraqlı məktəbli İŞİD-in bu şəhərə nəzarətindən sonra təhsildən məhrum olubdur. Zira İŞİD özünün xüsusi təhsil sistemini qəbul etdirirdi. Məktəblilərin valideynləri isə övladlarının bu məktəblərdə iştirakları ilə müxalif idilər.