Dek 23, 2016 11:11 Asia/Baku
  • Hələb əhalisi şadlıq içindədir

Suriyanın şimalında yerləşən Hələb şəhərinin əhalisi bu şəhərin terrorçuların işğalından tam şəkildə azad edilməsinin elan olunmasından və şəhərin təmizlənməsindən sonra küçələrə çıxaraq, şadlıq edibdir.

IRNA-nın məlumatına görə, dünən gecə, bir qış gecəsində terrorçuların və onların ailələrinin sonuncu qrupunun Hələb şəhərindən çıxmaları və şəhərin tam şəkildə təmizlənməsinin elan edilməsilə Hələb sakinləri kücələrə çıxıblar və şəhər məscidlərinin minarələrindən azan və təkbir səsləri ucalıbdır.

Hələbin qərb məhəllələrinin küçələri şadlıq karvanlarının hərəkəti, yaylım atəşləri, avtomobillərin ardı-arası kəsilməyən şadlıq siqnallarının şahidi olubdur.

Suriya ordusu və silahlı qüvvələrinin baş qərargahı dünən gecə bir bəyanatda Hələb şəhərinin terrorçuların işğalından tam şəkildə çıxarıldığını və onun tamamilə təmizləndiyini elan etdi.

Teqlər