Mosulun şərqində İŞİD-in ən böyük yanacaq deposu ələ keçirilib
İraqın terrorizmlə mübarizə qüvvələri Neynəva vilayətinin mərkəzi olan Mosulun şərq istiqamətində İŞİD terror qruplaşmasının ən böyük yanacaq deposunu öz nəzarətinə götürüblər.
Əl-Aləm telekanalının məlumatına görə, İraq qüvvələri bazar günü terrorçuların Dəclə çayının şərqindəki azad olunmuş bölgələr və əl-Ələm bölgəsinə doğru Kərkük vilayətinin cənub-qərbində əl-Həvicə şəhərinə nüfuzunun qarşısını almaq məqsədilə Səlahəddin vilayətinin Əccil və Əllas neft yataqları ətrafında yerləşiblər.
İraq qüvvələrinin Əccil və Əllas neft yataqları ətrafında terrorçularla mübarizə üçün yerləşdirilməsi ilə, bu qüvvələr terror qruplarının mühasirəsində olan əl-Həvicə tayfalarının 300-dən çox ailəsini bölgədən təxliyə edib və onları əl-Ələmdəki qaçqınların düşərgələrinə çatdırıblar.
İŞİD terror qruplaşması 2014-cü ildə Kərkük vilayətinin cənub-qərbində əl-Həvicə şəhərini işğal edib.
İŞİD indiyə qədər bu şəhərdə müxtəlif bəhanələr, o cümlədən İraq ordusu və dövləti ilə əməkdaşlıq etmək bəhanəsi ilə bu şəhərin onlarla sivilini edam etmişdir.
Son bir neçə ayda İraq ordusu və xalq könüllü qüvvələri bu ölkənin bir neçə şəhəri, o cümlədən Ər-Rəmadi və Tikriti İŞİD terrorçularının işğalından azad etmişlər və hazırda Mosul şəhərini azad etməkdədirlər.