Hayfada neftayırma zavodunda güclü yanğın
https://azeri.sahartv.ir/news/qərbi_asia-i253196-hayfada_neftayırma_zavodunda_güclü_yanğın
İşğal olunmuş Fələstinin şimalında Hayfa böyük neftayırma zavodunda güclü yanğın baş verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 26, 2016 17:51 Asia/Baku
  • Hayfada neftayırma zavodunda güclü yanğın
    Hayfada neftayırma zavodunda güclü yanğın

İşğal olunmuş Fələstinin şimalında Hayfa böyük neftayırma zavodunda güclü yanğın baş verib.

Suriyanın əl-Əxbariyyə televiziyasının məlumatına görə, işğal olunmuş Fələstində Hayfa böyük neftayırma zavodunda güclü yanğın baş verib. Bu neftayırma zavodu 1948-ci ildə işğal olunmuş Fələstin ərazilərində yerləşir. İşğalçı İsrail rejiminin mediaları bildiriblər: Bu yanğın zavoda bağlı qaz sektorunda baş verib və yanğınsöndürmə qüvvələri sürətlə yanğın baş verən məkana ezam olunublar. Qüdsü işğal etmiş rejimin polis məmurları da bu bölgəni mühasirəyə alaraq bitişən yolların hamısını bağlayıblar.