İŞİD-in Mosulda ən əsas tunel şəbəkəsi dağıdılıb
İraq ordusunun qüvvələri Mosulda İŞİD terrorçularına qarşıəməliyyatlarının davamında bölgənin şimalında İŞİD-in ən geniş tunel şəbəkəsini dağıdıblar.
Misirin Əlyəumussabe xəbər portalının verdiyi məlumata görə, işıq və lazım olan digər imkanlara malik olan bu tuneldən terrorçular sığınacaq, silah nəqliyyatı və İraqlı qüvvələrin hücumu zamanı qaçıb aradan çıxmaq üçün istifadə edirmişlər.
İraqın hərbi kəşfiyyat qüvvələri də İŞİD terrorçularına aid olan bomba hazırlanması üçün istifadə olunan 6 emalatxananı aşkar və zəbt ediblər.
Mosulun şərqində Kökcəli bölgəsində yaradılan bu emalatxanalarda yüzlərlə bomba , raket və partlayıcı maddə aşkar edilib, İŞİD bu bombalarla didərginləri və İraqın təhlükəsizlik qüvvələrini hədəfə almağı planlaşdırıbmış.
Eyni zamanda İraqın Daxili İşlər Nazirliyinin başçısı Əqil Əl-Xəzəli deyib: Bir qrup İŞİD-çinin öldürülməsi və yaralanması eləcədə yüzlərlə İŞİD-çinin həbs edilməsi yaxud qaçıb aradan çıxması nəticəsində son 2 ildə İŞİD terrorçularının sayı 6 min nəfərə düşüb.
Hal-hazırda İraq qüvvələri Neynəva vilayətində Mosul şəhərini azad etməkdədirlər. Bu şəhər İraqda İŞİD-in ən əsas bazası hesab olunur. Neynəva vilayətinin İŞİD-in işğalından azad edilməsi əməliyyatına oktyabrın 17-dən başlanılıb.
İraqdan əldə olunan başqa məlumata görə, Bağdadın şimalında bomba partlayışı bir nəfərin ölümü 5 nəfərin isə yaralanması ilə nəticələnib. Bu bomba Əşşeyx Həmb ərazisində ticarət obyektlərinin yaxınlığında partladılıb.