Dek 30, 2016 10:13 Asia/Baku
  • Suriyada atəşkəs başlanıb
    Suriyada atəşkəs başlanıb

Suriyada atəşkəs razılaşması cümə günü az öncə icra olunub.

Sputnik İnformasiya Agentliyinin məlumata görə, Suriya xarici işlər naziri Vəlid Müəllim bildirib: Bu anlaşma Suriya hökumətinin terrorizmə qələbə çalmaq üçün etimadının göstəricisidir. 

Müəllimin sözlərinə görə, bu anlaşma İŞİD, Ən-Nüsrə Cəbhəsi terror qrupları, onlara bağlı qruplaşmalar, eləcə də anlaşmanı imzalamayan qruplara şamil olmur. Elə buna görə Suriya silahlı qüvvələri bu qrupları məhv etmək üçün öz tapşırıqlarını davam etdirəcəklər. 

Müəllim deyib: Bu anlaşma Suriya böhranı barədə siyasi həll yolunun tapılması üçün yaxşı və real fürsətdir ki, bu ölkədə müharibə və qarşıdurmaya son qoysun. 

Suriya xarici işlər naziri bildirib: Dəməşq anlaşmanın icrası üçün Rusiyanın zəmanətinə inanır. Çünki bu ölkə terrorizmlə müharibədə Suriyanın müttəfiqidir. Lakin Türkiyəyə tam etimad əldə olunmayıb. 

Vəlid Müəllim xatırladıb ki, Suriya açıq düşüncə ilə Qazaxıstanın paytaxtı Astanada keçirilməsi qərara alınan növbəti sülh danışıqlarında iştirak edəcək. 

Suriya rəsmisi əlavə edib: Astana iclasında Suriya prezidentinin seçilməsi üzrə bu ölkə vətəndaşlarının haqqı və milli hakimiyyəti məsələsi istisna olmaqla irəli sürülən istənilən məsələ araşdırılacaq. 

Teqlər