Suriyada atəşkəs bir daha pozulub
-
Suriyada atəşkəs bir daha pozulub
"Azad ordu" adlandırılan terror qrupu cümə günü Suriyanın qərbində yerləşən Həmah vilayətində Suriya ordusunun mövqelərini raket atəşinə tutubdur.
IRNA-nın məlumatına görə, "Azad ordu" adlandırılan terror qrupu öz twitter səhifəsində Həmahın qərbindəki Əlrəbiə kəndində Suriya ordusunun mövqelərini Qrad tipli raketlərlə atəşə tutduğunu bildirərək, iddia edibdir ki, bu əməliyyatda Suriya ordusunun tabeliyində olan bir təlim qarnizonunu raket atəşinə tutubdur. "Azad ordu" adlandırılan terror qrupunun bu hərəkəti elə bir halda həyata keçir ki, həmin qrup Suriyada atəşkəs barədəki son razılaşmanı imzalayanlardandır.
Yaraqlı terrorçular habelə cümə günü Suriyanın cənubundakı Dəra şəhərinin şimal-şərqində yerləşən Xəbəb qəsəbəsini mərmi atəşinə tutublar ki, nəticədə bir vətəndaş ölüb, bir qadın və bir uşaq da yaralanıbdır.
Cümə gününün ilk dəqiqələrindən bütün Suriyada əhatəli atəşkəs icra olunub və bir çox silahlı qrup onu qəbul edibdir.
Suriya ordusu və silahlı qüvvələrinin baş qərargahı cümə axşamı günü bir bəyanat yayaraq, bildirib ki, dekabrın 30-u gecə yarısından bu ölkədə bütün hərbi hərəkətlər dayandırılacaq.
İŞİD və Cibhətunnusrə terror qruplaşmalarına şamil olmayan bu atəşkəs razılaşması ötən on illər ərzində Yaxın Şərq ilə bağlı ilk beynəlxalq diplomatik təşəbbüsdür ki, Amerikanın iştirakı olmadan bağlanır.
Bu razılaşma ilə bağlı müzakirələrdə kənara qoyulmuş Amerikanın Suriya sülh müzakirələrinin Qazaxıstanda keçiriləcək növbəti mərhələsində iştirakı olmayacaq.