Yan 03, 2017 17:02 Asia/Baku
  • Misir adalarının Ərəbistana verilməsilə müxalif olan etirazçılara divan tutulması şiddətlənib
    Misir adalarının Ərəbistana verilməsilə müxalif olan etirazçılara divan tutulması şiddətlənib

Misirin Tiran və Sənafir adalarının Ərəbistana verilməsilə müxalif olan misirli etirazçılara divan tutulması şiddətlənib.

Press TV-nin məlumatına görə, Misirin təhlükəsizlik rəsmiləri bildiriblər ki, bu ölkənin Qırmızı dənizdə yerləşən iki adasının Ərəbistana verilməsilə bağlı etirazlarda iştirak dəlilinə görə, on iki nəfər həbs olunub.

Misirin təhlükəsizlik rəsmilərinin bildirdiklərinə görə, bu ölkənin Tiran və Sənafir adalarının Ərəbistana verilməsilə müxalifət istiqamətində keçirilən etirazlarda iştirak etmiş şəxslərin əksər hissəsi vəkil və jurnalist olubdur.

Misir prezidenti Əbdulfəttah Əl-Sisi 2016-cı ilin aprelində bu ölkənin Qırmızı dənizdə yerləşən iki adasının Ərəbistana verilməsi məsələsini elan etdi.

Misirin Apellyasiya Məhkəməsi də bu ölkənin iki adasının Ərəbistana verilməsi məsələsini təsdiqləyərək, küçə etirazlarına malik olmuş dosya formasında Misir dövlətinə dəstəyini elan edib.

Teqlər