Yan 05, 2017 09:52 Asia/Baku
  • İraqlı qüvvələrin Mosulun şərqində keçirdikləri əməliyyatda 250 İŞİD-çi öldürülüb
    İraqlı qüvvələrin Mosulun şərqində keçirdikləri əməliyyatda 250 İŞİD-çi öldürülüb

İraqın sürətli reaksiya qüvvələrinin komandanı dünən gecə Mosulun şərq məntəqələrinin azad edilməsi əməliyyatında ötən sutka ərzində azı 250 terrorçunun öldürülməsindən xəbər verib.

IRNA-nın məlumatına görə, İraqın sürətli reaksiya qüvvələrinin komandanı Samir Muhəmməd İsmail əlavə edib: İraqlı qüvvələr Mosulun şərqində İŞİD ünsürlərinə ağır xəsarətlər vurublar və bu əməliyyat zamanı Mosulun şərqindəki geniş məntəqələr azad edilib.

Samir Muhəmməd İsmail deyib: İraqlı qüvvələr həmçinin bu qüvvələri hədəfə almaq istəyən üç İŞİD pilotsuzunu məhv ediblər.

İraqın sürətli reaksiya qüvvələrinin komandanı söyləyib: İraqlı qüvvələr öz əməliyyatlarının davamında Mosulun şərqindəki Əlintisar məntəqəsinə daxil olub və bu məntəqəni terrorçulardan təmizləyiblər.

Bundan öncə də iraqlı mənbələr Mosulun şərqindəki Əlvəhdə məntəqəsinin azad edilməsindən xəbər vermişdilər.

İraqlı qüvvələr həmçinin Mosul-Kərkük istiqamətini İŞİD terrorçularından təmizləyə biliblər.

 

Teqlər