İraqın Neynəva vilayətində onlarla terrorçu məhv edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i254524-İraqın_neynəva_vilayətində_onlarla_terrorçu_məhv_edilib
İraqın xalq səfərbər qüvvələrinin Neynəva vilayətinin qərbindəki əməliyyatında 35 İŞİD-çi məhv edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 05, 2017 10:39 Asia/Baku
  • İraqın Neynəva vilayətində onlarla terrorçu məhv edilib
    İraqın Neynəva vilayətində onlarla terrorçu məhv edilib

İraqın xalq səfərbər qüvvələrinin Neynəva vilayətinin qərbindəki əməliyyatında 35 İŞİD-çi məhv edilib.

Əlyəum Əlsabə xəbər portalının məlumatına görə, İraqın xalq səfərbər qüvvələri bu gün İŞİD terrorçularının Neynəva vilayətinin qərbindəki Tələfər şəhərinə qarşı hücumunu dəf ediblər. Bu əməliyyatda bir qrup terrorçu da yaralanıbdır.

Həmin döyüşdə İŞİD başçılarından olan Əbu Qəsurə Əlşami məhv edilib.

İraqlı qüvvələr xalq səfərbər qüvvələri ilə yanaşı, Mosulun azad edilməsi əməliyyatı ilə məşğuldurlar və indiyədək Mosulun şərq məntəqələrinin əksər hissəsini terrorçuların işğalından çıxara biliblər.

Belə bir halda iraqlı qırıcılar Mosulda İŞİD-in silah anbarı və rabitə qülləsini məhv ediblər.