Fələstin baş nazirinin xəbərdarlığı
Fələstinin baş naziri xəbərdarlıq edib ki, Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi planının reallaşacağı təqdirdə, bütün regionu çaxnaşma bürüyəcəkdir.
IRNA-nın məlumatına görə, Fələstinin baş naziri Rami Əlhəmdulillah dünən axşam çağı qərb sahilində yerləşən Ramullah şəhərində Norveçin xarici işlər naziri Burq Brende ilə görüşdə deyib: Beynəlxalq təşkilatlar Amerikanın bu ölkə səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi planı qarşısında dayanmalıdırlar.
Amerikanın seçilmiş prezidenti Donald Tramp öz seçki mübarizələri dövründə bu ölkə səfirliyinin Təl-Əvivdən işğal olunmuş Qüdsə köçürülməsini vəd etmişdi.
Fələstinin baş naziri həmçinin sionist rejimi BMT Təhlükəsizlik Şurasının sionist qəsəbələrin salınmasının dayandırılmasına dair 2334 saylı qətnaməsinin icrasına borclu etmək hədəfilə bu rejimə təzyiq göstərilməsini istəyib.
Əlhəmdulillah və Brende bu görüşdə saziş prosesinin bərpası məqsədilə yanvarın on beşində keçirilməsi qərara alınmış Paris konfransı haqda danışıblar.
Fransa müzakirələrin bərpası çərçivəsində beynəlxalq bir konfransın keçirilməsinə dair bir saziş planını təqdim edib və əgər İsrail rejimi Fransanın planı ilə müxaliftə edərsə, Fransa Fələstin ölkəsini rəsmən tanıyacaqdır.
Fələstin muxtariyyəti ilə sionist rejim arasında saziş müzakirələrinin sonuncu dövrü bu rejimin fələstinli əsirlərin azad edilmələri və sionist qəsəbələrin salınmasının dayandırılması ilə müxalifət etməsinə görə, 2014-cü ilin aprelində heç bir nailiyyət əldə etmədən başa çatdı.