Bağdadda terror aktı
Yan 15, 2017 10:10 Asia/Baku
İraq paytaxtı Bağdadın mərkəzində bomba quraşdırılmış avtomobilin partladılması nəticəsində üç sivil həlak olub, yeddi nəfər də yaralanıb.
İRİB-in məlumatına görə, Bağdad Valilik ŞUrasının Təhlükəsizlik Komissiyasının sədrəvəzi Məhəmməd əl-Rəbii ötən gün deyib: Bu terror aktı Bağdadın birja bazarı binası yaxınlığında əl-Nəzal prospektində törədilib. Bağdad son günlər terror aktlarınn artmasının şahididir.
İŞİD terrorçuları İraq qüvvələri qarşısında əsasən də Neynəva vilayətinin şimalında ardıcıl məğlubiyyətlərdən sonra müxtəlif şəhərlər, o cümlədən Bağdadda sivilləri qətlə yetirməyə üz tutublar.