Bir qrup Rusiya qırıcısı Suriyadan çıxarılacaq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i256795-bir_qrup_rusiya_qırıcısı_suriyadan_çıxarılacaq
Suriyada yerləşən rus qüvvələrin komandanı bildirib ki, Rusiyanın Suxoy-24 tipli qırıcılarından bir çoxu Suriyadakı Əlhəmimim hərbi bazasını tərk etməyə və Rusiyaya geri dönməyə hazırlaşır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 18, 2017 07:03 Asia/Baku
  • Bir qrup Rusiya qırıcısı Suriyadan çıxarılacaq

Suriyada yerləşən rus qüvvələrin komandanı bildirib ki, Rusiyanın Suxoy-24 tipli qırıcılarından bir çoxu Suriyadakı Əlhəmimim hərbi bazasını tərk etməyə və Rusiyaya geri dönməyə hazırlaşır.

Sputnik xəbər agentliyinin məlumatına görə, Suriyada yerləşən rus qüvvələrin komandanı Andrey Kartapolov dünən deyib: Rusiyanın prezidenti və bu ölkənin silahlı qüvvələrinin baş komandanı Vladimir Putinin göstərişi ilə bu ölkənin Suriyadakı hərbi qüvvələri və təchizatlarının sayının azaldılması prosesi davam edəcək.

Suriyada yerləşən rus qüvvələrin komandanı əlavə edib: Rusiyanın Suxoy-24 tipli qırıcılarından bir çoxunun Suriyadan Rusiyaya geri dönməsi üçün lazımi tədbirlər görülür.

Suriyada yerləşən rus qüvvələrin komandanının sözlərinə görə, qarşıdakı bir neçə günədək Rusiyanın pilot personalı və həkim qrupu da Suriyadan daimi yerləşmə məkanına qayıdacaqdır.

Rusiya Suriya hökumətinin xahişinə görə, bu ölkədə terror qrupları ilə döyüşməkdədir. İran, Rusiya və Suriyanın əməkdaşlığı Suriyadakı terrorçuların hərb maşınını problemlə üzləşdiribdir.