Suriya ordusunun Hələbdə irəliləyişi davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i256837-suriya_ordusunun_hələbdə_irəliləyişi_davam_edir
Bir məlumatlı qaynaq Suriya ordusunun Hələbin şərq məntəqəsindəki geniş əməliyyatı və ətraf kəndlərə yiyələnməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 18, 2017 13:24 Asia/Baku
  • Suriya ordusunun Hələbdə irəliləyişi davam edir

Bir məlumatlı qaynaq Suriya ordusunun Hələbin şərq məntəqəsindəki geniş əməliyyatı və ətraf kəndlərə yiyələnməsindən xəbər verib.

IRIB-nin məlumatına görə, Suriya ordusu Hələbin şərq məntəqəsində geniş əməliyyatın başlanması ilə "Deyr Hafir" şəhərinin yaxınlığındakı Əlsəfə və Əbid kəndlərini öz nəzarətinə alıbdır.

Suriyanın ordu qüvvələri həmçinin İŞİD-in strateji dəstək yolunun kəsilməsilə nəticələnəcək digər kəndləri geri almaqdadırlar.

Suriya ordusunun Diyrəlzur məntəqəsində İŞİD-in toplaşma mehvərlərinə qarşı hava hücumlarında da çoxlu sayda terrorçu öldürülüb.

Suriya beş il bundan öncədən Qərb və bəzi region ölkələri tərəfindən dəstək alan İŞİD və Cibhətunnusrə daxil olmaqla terror qruplarının iştirakı ilə böhranla üzləşibdir.