İraqın xalq qüvvələri: Mosulda İŞİD-ə hər hansı yardımın çatdırılmasına imkan verməyəcəyik
Əl-Həşədüşşəbinin sözçüsü deyib: İraq xalq qüvvələri İraq-Suriya sərhədlərini tam nəzarətdə saxlayıb və Mosuldakı İŞİD terrorçularına hər hansı yardımın çatdırılmasına imkan vermir.
İRİB-in verdiyi məlumata görə, Əhməd Əl-Əsədi dünən deyib: İraq xalq qüvvələri heç bir qeyri-qanuni qüvvəyə İraq sərhədlərinə nəzarət icazəsi verməyəcək.
İraqın xalq səfərbər qüvvələrinin sözçüsü deyib: Əl-Həşəddüşşəbi İraqın silahlı qüvvələrinin baş komandanının tabeliyindədir və ABŞ, yaxud region qüvvələrindən təzyiqlər olsa belə, özünün hərbi uğurlarını davam etdirəcək.
Mosulun azad edilməsi əməliyyatının komandanlarından olan general Əbdül-Əmir Rəşid Yarallah da deyib: Mosulun şimal istiqamətində iraqlı qüvvələr Təl-Türkal ərazilərini, Əl-Qaziyyə-2 və Əl-Ərəbi məhəllələrini azad ediblər.