Yəmənin Ənsarullah hərəkatı Səudiyyənin hərbi gəmisinə hücumun məsuliyyətini öz üzərinə götürüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i258365-yəmənin_Ənsarullah_hərəkatı_səudiyyənin_hərbi_gəmisinə_hücumun_məsuliyyətini_öz_üzərinə_götürüb
Yəmən paytaxtına nəzarət edən Ənsarullah hərəkatı Yəmənin qərb sahillərində Səudiyyə Ərəbistanının bir ədəd hərbi gəmisinə qarşı hücumun məsuliyyətini öz üzərinə götürüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 31, 2017 07:55 Asia/Baku
  • Yəmənin Ənsarullah hərəkatı Səudiyyənin hərbi gəmisinə hücumun məsuliyyətini öz üzərinə götürüb
    Yəmənin Ənsarullah hərəkatı Səudiyyənin hərbi gəmisinə hücumun məsuliyyətini öz üzərinə götürüb

Yəmən paytaxtına nəzarət edən Ənsarullah hərəkatı Yəmənin qərb sahillərində Səudiyyə Ərəbistanının bir ədəd hərbi gəmisinə qarşı hücumun məsuliyyətini öz üzərinə götürüb.

İRİB-in verdiyi məlumata görə, Yəmənin Ənsarullah hərəkatı səudiyyəlilərin cinayətlərinə cavab olaraq, ölkənin qərb sahillərində müşahidə əməliyyatı aparan Səudiyyə Ərəbistanının bir ədəd gəmisinə 3 qayıqla hücum ediblər nəticədə 2 səudiyyəli hərbçi ölüb 3 nəfər də yaralanıb. 

Ənsarullah hərəkatının bir hərbi mənbəyi bildirib ki, Səudiyyəli gəmi Yəmənin qərb sahillərinə , Yəmən şəhərləri və balıqçılarına qarşı təcavüzkar hücumlarda iştirak edirmiş. 

Bu Ənsarullah hərəkatının son altı ayda Yəmənin sahillərində Səudiyyə Ərəbitanının hərbi gəmilərinə üçüncü hücumudur. 

Amerikanın xüsusi qüvvələri isə bazar günü Donal Trampın əmri ilə həyata keçirdikləri ilk sərhəddən kənar əməliyyatda Yəmənin cənubunda yerləşən Əl-Beyzada bir 8 yaşlı qız uşağı da daxil olmaqla 10 qadın və uşağı həlak etdilər.