Səudiyyə Ərəbistanı Yəmənə buğda daşıyan gəmiyə mane olub
Fev 03, 2017 08:11 Asia/Baku
-
Səudiyyə Ərəbistanı Yəmənə buğda daşıyan gəmiyə mane olub
Səudiyyə Ərəbistanı Yəmənin qərbində yerləşən əl-Hədidə limanına buğda daşıyan gəminin daxil olmasına qarşı çıxıb.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, Səudiyyə koalisiyası tərəfindən icazəsi olan gəmini Səudiyyə Ərəbistanı Ciddə limanına yönəlməyə məcbur edib. Əl-Hədidə limanı Yəmənin milli qurtuluş dövlətinin nəzarətində olan ərazilərə yeganə giriş hesab olunur. Yaxın Şərq insan haqları müəssisəsi Səudiyyə Ərəbistanının Əl-Hədidə limanına qarşı media proqaqandaları və bu limandan hərbi əməliyyatlar üçün istifadə edilməsinə dair saxta məlumatlar yaymasını pisləyib.
Əl-Hədidə limanını hədəfə almaq cəhdləri qeyri-hərbi limanlar barədə beynəlxalq razılaşmalara və Cenevrə razılaşmasına ziddir və hərbi cinayət hesab olunur.
Teqlər