Hələbin şərqində yerləşən Rəsmül-Hərməl şəhəri azad edildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i260682-hələbin_şərqində_yerləşən_rəsmül_hərməl_şəhəri_azad_edildi
Suriya ordusu İŞİD terrorçuları ilə savaşın davamında Hələbin şərqində yerləşən Rəsmül-Hərməl şəhərini terrorçuların işğalından azad edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 23, 2017 15:16 Asia/Baku
  • Hələbin şərqində yerləşən Rəsmül-Hərməl şəhəri azad edildi

Suriya ordusu İŞİD terrorçuları ilə savaşın davamında Hələbin şərqində yerləşən Rəsmül-Hərməl şəhərini terrorçuların işğalından azad edib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Suriya ordusu cümə axşamı müqavimət qüvvələrinin köməyi ilə Hələbin şərqində yerləşən Təyyarətül-Məza, Rəsmül Hərməl və Əl-Məzburə qəsəbələrində 3 istiqamətdən İŞİD terrorçularının mövqelərinə tərəf irəliləməyə başlayıb. Və sonda Rəsmül-Hərməl qəsəbəsinə nəzarəti tam təmin edib.

Suriyalı qüvvələr hal hazırda Rəsmül-Hərməl qəsəbəsində öz mövqelərini möhkəmləndirməklə məşğuldurlar.

Digər tərəfdən müqavimət qüvvələri çərşənbə günü Təbarətül-Mazi və Əl-Məzburə qəsəbələrini də terrorçuların işğalından azad etməyə nail olub.

Bu qəsəbələr Əl-Bab şəhərindən sonra İŞİD-in Hələb əyalətində ikinci ən iri bazası sayılan Deyr Hafir şəhərinə çıxış nöqtəsi hesab olunur.