Əl-İbadi: İŞİD-i İraq sərhədlərindən kənarda da təqib edəcəyik
https://azeri.sahartv.ir/news/qərbi_asia-i261166-Əl_İbadi_İŞİd_i_İraq_sərhədlərindən_kənarda_da_təqib_edəcəyik
İraqın baş naziri deyib: İraqın sərhədlərindən kənarda da İŞİD terrorçularını təqib edəcəyik, İraq olmasaydı İŞİD Fars körfəzi ölkələrinə də gedib çatacaqdı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 28, 2017 16:54 Asia/Baku
  • Əl-İbadi: İŞİD-i İraq sərhədlərindən kənarda da təqib edəcəyik
    Əl-İbadi: İŞİD-i İraq sərhədlərindən kənarda da təqib edəcəyik

İraqın baş naziri deyib: İraqın sərhədlərindən kənarda da İŞİD terrorçularını təqib edəcəyik, İraq olmasaydı İŞİD Fars körfəzi ölkələrinə də gedib çatacaqdı.

Əl-İraqiyyə telekanalının verdiyi məlumata görə, İraqın baş naziri Heydər Əl-İbadi bu gün Bağdadda özünün həftəlik brifinqində etdiyi çıxışında deyib: İraqın güclü quru qoşunları var və ölkənin quru sərhədlərinin təhlükəsizliyini təmin edir, güclü hava qüvvələri var ki, düşmənlərə hücum edir. 

Əl-İbadi deyib: İraq öz xalqı və xalqının birliyi ilə güclüdür və region ölkələrini də birləşdirməyə səy göstərir. 

İraqın baş naziri İŞİD-in İraqda məhv olmaqda olduğunu bildirərək deyib: Terrorçu İŞİD qrupunun qayıtmasının qarşısını almaq məqsədi ilə regionda müharibə və toqquşmaların durdurulması üçün ölkələr əməkdaşlıq etməlidirlər.